Noyabrın 24-də saat 11:00-da Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” keçiriləcək.
Tədbir Gənclər və İdman Nazirliyi, Bakı Gənclər Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən bayramın məqsədi milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan kəlağayısının təbliğidir.
Tədbir çərçivəsində foyedə qədim və müasir kəlağayılardan, eləcə də kəlağayı mövzusunda çəkilmiş rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq.
Qeyd edək ki, tədbirdə iştirak etmək istəyən hər kəs üçün giriş sərbəstdir.











