Kokos suyu orqanizmin maye və elektrolit balansını qorumağa, həmçinin ürək və böyrəklərin fəaliyyətini dəstəkləməyə kömək edən qidalı içkidir.

Adətən 6-7 aylıq cavan kokoslardan əldə edilən bu içkinin tərkibinin təxminən 94 faizi sudan ibarətdir. Orta ölçülü yaşıl kokosdan yarım stəkanla bir stəkan arasında kokos suyu əldə etmək mümkündür.

QHT.az xarici mediaya istinadən bildirir ki, kokos suyu aşağı yağ tərkibinə malikdir və orqanizmin maye ehtiyacının qarşılanmasına kömək edir. Tərkibindəki elektrolitlər, xüsusilə kalium, fiziki fəaliyyətdən sonra itirilən mineralların bərpasında rol oynayır.