Samsung Galaxy S26 Ultra istifadəçiləri üçün yeni kamera funksiyası istifadəyə verilir. One UI 9.5 beta yeniləməsi ilə smartfonun portret rejiminə 5x yaxınlaşdırma seçimi əlavə edilib.

QHT.az xarici mediaya istinadən bildirir ki,  indiyədək portret rejimində yalnız 1x, 2x və 3x seçimləri mövcud idi. Yeni yeniləmə ilə bu siyahıya 5x seçimi də daxil edilib.

Yeni funksiya necə işləyir?

5x portret rejimi smartfonun 50 MP təsvir ölçülü, 5 qat optik yaxınlaşdırma dəstəkləyən telefoto kamerasından istifadə edir. Bunun sayəsində istifadəçilər portret fotolarını daha uzaq məsafədən, optik yaxınlaşdırma ilə çəkə biləcəklər.

Qeyd edək ki, yenilik üçün əlavə kamera avadanlığına ehtiyac yoxdur. Funksiya One UI 9.5 beta yeniləməsi vasitəsilə təqdim olunur.