Təbiətdə bəzi heyvanların ömrü illərlə, hətta onilliklərlə ölçüldüyü halda, digərləri cəmi bir neçə gün yaşaya bilir. Məlum heyvan növləri arasında elələri var ki, onların həyat müddəti cəmi 24 saat təşkil edir.

QHT.az xarici mediaya istinadən bildirir ki, məməlilər, quşlar və həşəratlar arasında ömrü olduqca qısa olan növlərə rast gəlinir. Bəzi canlılar beş gündən artıq yaşamaq imkanına belə malik deyil. Digərlərinin ömrü isə illərlə deyil, aylarla ölçülür.

Maraqlıdır ki, bu canlıların qısa ömür sürməsi onların təbiətdəki rolunu azaltmır. Onlar məhdud həyat müddətləri ərzində çoxalma və növlərinin davamlılığını təmin etmə kimi mühüm bioloji prosesləri həyata keçirirlər.

Stars Insider nəşri Yer üzündə ən qısa ömür sürən heyvanları araşdırıb. Materialda həyat müddəti cəmi bir gün olan canlılardan tutmuş, bir neçə gün və ya ay yaşayan növlərə qədər müxtəlif heyvanlardan bəhs edilir.