Yuxu sağlamlığın qorunmasında mühüm rol oynasa da, onun keyfiyyətinə həddindən artıq nəzarət etmək bəzi insanlarda psixoloji narahatlığa səbəb ola bilər. Bu vəziyyət ortosomniya adlanır.
QHT.az xarici mediaya istinsadən bildirir ki, ortosomniya birbaşa yuxusuzluqla deyil, ideal yuxu əldə etmək istəyinin obsesiv xarakter alması ilə əlaqələndirilir. Belə insanlar yuxu izləyən ağıllı saatların və digər elektron cihazların təqdim etdiyi göstəricilərə həddindən artıq əhəmiyyət verirlər.
Bu cihazlar yuxunun müddəti, mərhələləri, ürək döyüntüsü və digər göstəricilər haqqında məlumat təqdim edir. Lakin həmin rəqəmlər hər zaman insanın real yuxu keyfiyyətini dəqiq əks etdirmir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam odur ki, insanlar cihazların təqdim etdiyi nəticələrə görə narahat olmağa və yuxularını daim nəzarətdə saxlamağa başlaya bilərlər.
Nəticədə yaxşı yatmaq üçün göstərilən həddindən artıq səy əks təsir yarada, yuxu ilə bağlı gərginliyi və narahatlığı artıra bilər.
Qeyd edək ki, ortosomniya yuxu izləmə texnologiyalarından istifadənin mümkün mənfi psixoloji təsirlərinə diqqət çəkən bir anlayışdır. Yuxu cihazlarının göstəricilərini tibbi diaqnoz kimi qəbul etmək düzgün deyil.
Ortosomniya nədir? Yuxu keyfiyyətinə həddindən artıq diqqət sağlamlığa zərər verə bilər

ReklamBurada sizin reklamınız ola bilər
QHT.az-ı Google-da seçilmiş mənbə kimi təyin edinQHT.az xəbərləri Google axtarış nəticələrində sizə öncəliklə təqdim olunacaq.Təyin et









