İnsanlıq tarixinin inkişafı qida məhsulları ilə sıx bağlıdır. Böyük sivilizasiyaların yüksəlişində, iqtisadiyyatın formalaşmasında və yeni ərazilərin fəth edilməsində müəyyən ərzaqlar mühüm rol oynayıb.

Bu gün süfrələrimizdə tez-tez rast gəlinən bəzi qidalar vaxtilə cəmiyyətlərin həyat tərzini kökündən dəyişib.

QHT.az xarici mediaya istinadən bildirir ki, onlar geniş ticarət şəbəkələrinin yaranmasına, imperiyaların maliyyələşməsinə, hətta siyasi inqilabların baş verməsinə təsir göstərib.

Stars Insider nəşri bəşər tarixində mühüm iz qoymuş gündəlik qidaları araşdırıb. Nəşrin hazırladığı materialda müxtəlif ərzaq məhsullarının mənşəyi, dünya ticarətinə təsiri və sivilizasiyaların inkişafındakı rolu diqqətə çatdırılır.

Tarixə nəzər saldıqda aydın olur ki, bu gün adi hesab etdiyimiz bəzi qidalar müasir dünyanın formalaşmasında düşündüyümüzdən daha böyük rol oynayıb.