Salyan rayon Ziyalılar birliyinin sədri, əməkdar müəllim Allahverdi Piriyev 17 Noyabr – Milli Dirçəliş Gününün əhəmiyyətindən, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən və bu yolda qarşılaşılan çətinliklər haqda fikirlərini açıqlayıb.

QHT.az həmin açıqlamanı təqdim edir:

"17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə tariximizin səhifələrinə nəzər salaraq xalqımızı ürəkdən təbrik edirəm.

Həmin tarixi yaşayan insanlar müstəqilliyimizin əldə olunması yolunda hansı çətinliklərdən keçildiyini, maneələrə necə sinə gərildiyini və bu mübarizənin nə qədər çətin, eyni zamanda şərəfli olduğunu yaxşı xatırlayırlar.

Bu yolda canından keçənlərə, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

Azərbaycan qalib ölkə, xalqımız isə zəfər qazanmış qalib xalqdır.

Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qorumaq ondan da çətindir. Bizim borcumuz müstəqilliyimizin möhkəmlənməsinə öz töhfəmizi əsirgəməməkdir.

Dövlətimiz gücləndikcə müstəqilliyimizin təminatçısı daha da möhkəmlənir. Dövlətimiz xalqımızın birliyinə söykənərək yeni zəfərlərə imza atmaq əzmindədir. Bu yolda hər bir azərbaycanlı həmrəy olmalıdır.

Yaşa, var ol, müstəqil və suveren Azərbaycan!"