Milli Məclisin iclasında Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

QHT.az xəbər verir ki, Musavat.com-un məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ətraflı məlumat verib.

Müzakirələr zamanı deputat Azay Quliyev çıxış edərək Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qanun layihəsi ilə bağlı əsaslandırmasını diqqətə çatdırıb.

O vurğulayıb ki, hazırda dövlət qeydiyyatına alınmış 3829 QHT-dən yalnız 1005-i haqqında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin məlumat əldə edə bilməsi və ya keçən il sadəcə 603 QHT-nin illik maliyyə hesabatı verməsi faktı da dediklərimin statistik təsdiqidir:

“Digər tərfədən Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının 98 filial və nümayəndəliklərindən yalnız 15-nin müvafiq saziş əsasında fəaliyyət göstərməsi, yerdə qalan 83-nün qanunun tələbinə əməl etməməsi də bu sahədə məsuliyyətin artırılmasını və hüquqi tənzimlənməni qaçılmaz edir”.