Milli Məclis (MM) ictimai birlik və fondların yalnız bir növdə yaradılması haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.
QHT.az Reyting.az-a istiandən xəbər verir ki, bununla bağlı Mülki Məcəllədə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, layihədə ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla bilməsi əks olunur, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq təsbit edilməsi təklif olunur.
Sənədə əsasən, QHT-lər daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna biləcəklər.
Belə ki, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla biləcək:
İctimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
* peşə sahəsi üzrə ictimai birlik;
- sosial-humanitar sahə üzrə ictimai birlik;
- mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
- təhsil və elm sahəsi üzrə ictimai birlik;
- ekologiya sahəsi üzrə ictimai birlik;
- hüquq sahəsi üzrə ictimai birlik;
- iqtisadi sahə üzrə ictimai birlik;
- qanunla müəyyən edilmiş digər növlər.
- Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilərlər:
- ictimai faydalı fond;
- xeyriyyə fondu;
- qanunla müəyyən edilmiş digər növlər.
Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Mülki Məcəlləyə təklif edilən dəyişiklik isə nizamnamə kapitalı ilə bağlı qoyulan tələb haqqındadır.
Belə ki, mövcud qanunvericiliyə görə, fond yaradılarkən onun nizamnamə kapitalı 10 min manatdan az olmamalıdır.
İndi isə layihədə təklif olunur ki, bu rəqəm 100 min manatdan az olmasın.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib









