“Hazırda banklarda kənarda 14 milyard 941 milyon manat nağd vəsait var. Əgər bu ilin ilk 8 ayının yekunlarda evlərdə 14 milyard 604 milyon manat saxlanılırdısa bu rəqəm 9 aylıq yekunlarda 14 milyard 741 milyon manat olub. Bu ilin ilk 10 ayında isə banklardan kənarda nağd pulun həcmi əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17 faiz artaraq 5 milyard manata çatmaqdadır”.
QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, evlərdə saxlanılan nağd pulun həcminin çox olması banklara inamın artırılması istiqamətində işlərin daha da sürətləndirilməsini prioritetləşdirir.
Pərvanə Fərhadqızı












