"BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsi sentyabr ayının 14-24 tarixlərində keçirdiyi 31-ci sessiyasda Ermənistanla bağlı qəbul etdiyi "Yekun Müşahidə" (Concluding observations) sənədini dərc edib".
QHT.az xəbər verir ki, bu fikirləri Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov bildirib.
S.Məmmədovun sözlərinə görə, təqdim olunan alternativ hesabatlar və keçirilən görüşlər Komitənin diqqətində olub:
"Beynəlxalq Avrasiya Mətbuat Fondu və mənim rəhbərlik etdiyim Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (İnsan hüquqları üzrə Təlim və Tədqiqat İB ilə birgə) tərəfindən təqdim olunan alternativ hesabatlar, bizim Cenevrədə Komitənin prezidenti və üzvləri ilə qeyri-formal görüş və brifinq, brifiqdə səslədirdiyimiz bəyanat, təqdim etdiyimiz digər sənədlər əsaslı olaraq nəzərə alınıb".
Sahib Məmmədov bildirib ki, Ermənistan dövlətinə qarşı ciddi irad və tələblər səsləndirilib.
O vurğulayıb ki, görülən işlərlə bağlı mövqeləri aydın olub.
S.Məmmədov əlavə edib ki, Dövlət Komissiyasının əməkdaşlarının fəaliyyətini də xüsusi qeyd etmək lazımdır:
"Bu arada "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" nın kiçik kollektivinin fədakar əməyini qiymətləndirməmək mümkün deyil".
Fatimə Nəbiyeva












