Apple-ın uzun müddətdir gündəmdə olan yeni ağıllı ev cihazını yaxın günlərdə təqdim edəcəyi bildirilir. Şirkətin yeni məhsulla yanaşı, HomePod mini və Apple TV-nin yenilənmiş versiyalarını da nümayiş etdirəcəyi gözlənilir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Apple-ın süni intellekt dəstəyi ilə təchiz ediləcəyi deyilən 6 düymlük yeni ağıllı ev cihazı oktyabrın 13-də rəsmi olaraq təqdim oluna bilər. Məlumat hələ şirkət tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Yeni cihazın Apple-ın ağıllı ev ekosistemində mühüm rol oynayacağı gözlənilir. Qurğunun süni intellekt imkanlarından istifadə etməklə istifadəçilərin gündəlik ehtiyaclarına cavab verən funksiyalar təqdim edəcəyi bildirilir.

Məlumata görə, təqdimat zamanı yeni cihazla yanaşı HomePod mini və Apple TV ilə bağlı yeniliklərin də açıqlanması mümkündür.

Apple-ın tədbirlə bağlı rəsmi açıqlama verəcəyi və yeni məhsulların bütün texniki xüsusiyyətlərini təqdim edəcəyi gözlənilir.