Qəzzada məcburi köçkünlərin böyük hissəsi ağır şəraitdə yaşamaqda davam edir. Yeni hesabatda bölgədə humanitar vəziyyətin ciddi olaraq qaldığı və insanların yaşayış imkanlarının məhdudlaşdığı bildirilib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Danimarka Qaçqınlar Şurasının (DRC) oktyabrın 1-də yayımladığı hesabatına görə, Qəzzada təxminən 1,8 milyon insan, yəni əhalinin 86 faizi, məcburi köçkünlərin yerləşdiyi ərazilərdə yaşayır. Hesabat beş inzibati ərazidə yerləşən düşərgələrdə yaşayan 195 nəfərlə aparılan qrup müzakirələrinə əsaslanır.












