WhatsApp yeniyetmələr üçün yeni, isteğe bağlı valideyn nəzarəti alətlərini istifadəyə verir. Yeni funksiya valideynlərə övladlarının qrupa qoşulması və ya qrupdan çıxması barədə bildiriş almağa, həmçinin məxfilik parametrlərini tənzimləməyə imkan verəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, valideynlər profil fotosunu kimin görə biləcəyini, yeniyetməni qruplara kimin əlavə edə biləcəyini və “Kanallar” funksiyasından istifadəyə məhdudiyyətlər qoya biləcəklər. “Meta AI” üçün də daha sərt məzmun məhdudiyyəti seçilə bilər.

Şirkət bildirib ki, valideynlər yeniyetmələrin göndərdiyi və qəbul etdiyi mesajları görə bilməyəcək. Mesajlar və zənglər uçtan-uca şifrələmə ilə qorunacaq.

Nəzarət funksiyası PIN kod vasitəsilə aktivləşdiriləcək və yeniyetmələr onu deaktiv etmək üçün həmin koda ehtiyac duyacaqlar. WhatsApp-ın istifadə üçün minimum yaş həddi Böyük Britaniyada 13-dür.

Yeni tədbirlər texnologiya şirkətlərinin uşaqların onlayn təhlükəsizliyini gücləndirməsi ilə bağlı artan tələblər fonunda tətbiq edilir.

Zəhra Mansırova