Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzi tərəfindən dekabrın 23-də “AZLİNG 2023-Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

QHT.az xəbər verir ki, Neftçala rayonundan olan dilçi alimlərin təşəbbüsü əsasında artıq üçüncüsü keçirilən beynəlxalq konfransda bu il yerli və xarici alimlər tərəfindən Ulu Öndər Heydər Əliyevin dil siyasəti, türkoloji dilçilik məsələlərinin müzakirəsinə üstünlük veriləcək.

 

 

Pərvanə Fərhadqızı