"Yeni Azərbaycan Partiyasının Qurultayında iştirak etmək mənim üçün böyük qürur və şərəfdir".
QHT.az xəbər verir ki, bu sözləri "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib.
Tünzalə Abduləlimovanın sözlərinə görə, YAP qurultayında iştirak etmək ona xüsusi qürur hissi yaşadıb: Bir şəhid anası olaraq bu möhtəşəm tədbirdə iştirak etmək, ölkəmizin ictimai-siyasi həyatında mühüm rolu olan YAP-ın qurultayında olmaq mənə xüsusi qürur hissi yaşatdı.
Tünzalə Abduləlimova bildirib ki, Azərbaycanın əldə etdiyi Zəfərlərin şahidi kimi qurultayda iştirak etməkdən məmnundur: Bu gün burada Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük Zəfərlərin şahidi kimi iştirak etməkdən məmnunam.
Şəhid anası qeyd edib ki, onun üçün ən böyük dəyər Vətənin ərazi bütövlüyü və dövlət suverenliyinin təmin olunmasıdır: Şəhid anası olaraq mənim üçün ən böyük dəyər Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin olunması, şəhidlərimizin adının uca tutulması və şəhid ailələrinə göstərilən dövlət qayğısıdır.
Tünzalə Abduləlimova şəhidlərin müqəddəs xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayıb: Oğlum Miqdadın və bütün şəhidlərimizin müqəddəs xatirəsi qarşısında baş əyirəm. Onların bizə əmanət etdiyi Vətənə sahib çıxmaq hər birimizin borcudur.
Tünzalə Abduləlimova Prezident İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tünzalə Abduləlimova qurultayda iştirakından qürur duyduğunu bildirib.
O, sonda Azərbaycana və şəhidlərin əziz xatirəsinə ehtiramını ifadə edib: Yaşasın Azərbaycan!
Şəhidlər ölməz, Vətən bölünməz!












