"Çox qürurverici səslənir. Bu gün Dövlət Komitəsinə gələn keçmiş Xankəndlilər və Kərkicahanlılar çox sevincli idilər. Ali Baş Komandana, ordumuza, qazilərimizə dualar söyləyir Şəhidlərimizə rəhmət diləyirdilər".
QHT.az xəbər verir ki, bu sözləri "Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov bildirib. Onun sözlərinə görə, İctimai Şura sədri olaraq bu mərasimdə iştirak edib:
"İctimai Şura sədri olaraq mən, Şuramızın Xankəndili üzvü Səbuhi müəllim püşkatma mərasimini müşahidə edirdik. Yurdlarına geri dönən keçmiş məcburi köçkünlərimizi təbrik edirik. Dövlət Komitəsinin təşkilatçılıqda iştirak edən əməkdaşlarına nümunəvi, şəffaf püşkatma mərasiminin təşkilinə görə təşəkkürümüzü bildiririk".






