“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2026-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ilə bağlı proqnozları açıqlayıb.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, DSMF-nin ümumi xərclərinin 2026-cı ildə 8 milyard 483 milyon manat təşkil edəcəyi gözlənilir. Bu xərclərin 96,6%-i və ya 8 milyard 196 milyon manatı birbaşa əhaliyə edilən ödənişlərin payına düşəcək.
"Bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat,2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur.Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının,203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərin payına düşür. 2026-cı il üzrə əmək pensiyalarının indeksasiyasının təqribən 9,2% səviyyəsində olması,orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata,yaşa görə pensiyanın məbləğinin isğ 629 manata çatması proqnozlaşdırılır".






