2026-cı ilin ilk 9 ayında büdcəyə Dövlət Vergi Xidmətinin xətti ilə 13,63 milyard manat vergi daxil olub — ötən ildən 9,4% çox. Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 12,6% artaraq 10,33 milyard manata çatıb.
Diqqətçəkən məqam: vergi gəlirlərindəki əlavə artımın təxminən 98,7%-i qeyri-neft-qaz sektorunun payına düşür. Bu, büdcənin qeyri-neft gəlir bazasının güclənməsi baxımından müsbət nəticədir.
Lakin vergi daxilolmalarının artması istehsalın da eyni sürətlə böyüməsi demək deyil. Qiymət artımı, dövriyyənin rəsmiləşməsi ƏDV əhatəsinin genişlındiməsi, maaşların artımı, mal və xidmətlərin qiymətində artım və vergi inzibatçılığının yaxşılaşması da bu rəqəmlərə təsir edə bilər.
Vətəndaş üçün əsas məsələ isə budur: artan büdcə gəlirləri daha keyfiyyətli xidmətlərə, sosial təminata və rifaha necə çevriləcək?
Vergi artımının dayanıqlı əsası müəssisələrin böyüməsi, yeni iş yerləri və istehsalın genişlənməsi olmalıdır. Büdcənin güclənməsi vətəndaşın həyatında da hiss edilməlidir.
İqtisadçı və İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli












