Meşədə alov yandırmaq kənardan adi bir hal kimi görünsədə, bəzən qəfil baş verən güclü külək nəticəsində alovun yayılaraq minlərlə hektar meşəni külə döndürməsi halları çox olub. Həmin məqamda fəlakətin böyüklüyünə baxıb təssüf hissi keçirir, vaxtında alovu söndürmədiyin üçün peşimanlıq və vicdan əzabı keçirirməkdən başqa əlindən heçnə gəlmir.

Dünyada həyacan təbili Meşə yanğınları artıq dünyanın bir çox regionlarında ciddi ekoloji problemə çevrilib.İsti hava dalğaları uzun müddətli quraqlıq və iqlim dəyişmələri meşələri daha quru və yanmağa daha həssas vəziyyətə gətirir.

Birləşmiş Millətlər Təşkilatının (FAO)-nun məlumatına görə, iqlim dəyişməsi meşə yanğınlarının riskini artırır və yanğın müddəti uzanır. Lakin bəzi ərazilərdə yanğınlar daha intensiv və genişmiqyaslı olur. Son illərdə dünyanın müxtəlif yerlərində-Aralıq dənizi hövzəsində, Şimali və Cənubi Amerikada, Asiyanın ayrı-ayrı bölgələrində böyük meşə yanğınlarının şahıdi olmuşuq.

Baş vermiş yanğınların nəticələri sərhəd tanımır. Yanğınlar nəticəsində atmosferə böyük miqdarda karbon qazı daxil olur, canlıların yaşayış məskənləri məhv olur və meşələrin iqlim tənzimləyən rolu zəifləyir. Ən təhlükəlisi isə odur ki, həmin ərazilərdə qapalı bir dövr yaranır, iqlim istiləşir, quraqlıq artır, meşələr tələf olur, bulaqlar quruduğundan kiçik çaylar sıradan çıxır. Torpağın humus qatı zəiflədiyindən bitkilər inkişafdan qalır və ətraf aləm əvvəlki mənzərəli gözəl görkəmini tamamilə itirir.

Azərbaycanda təlükədən kənarda deyil Azərbaycan ərazisinin təxminən 12 faizi meşələrlə örtülüdür. Ölkəmizdə meşələr əsasən dağlıq və dağətəyi ərazilərdə yerləşir və zəngin biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır.

Ekologiya vəTəbii Sərvətlər Nazirliyi ölkəmizdə baş verən meşə yanğınlarının ağac bitki örtüyünə, heyvanların yaşayış mühütinə, torpağın münbit qatına və ümumilikdə ekoloji tarazlığa ciddi zərər vurması ilə bağlı dəfələrlə həyacan təbili çalıb.

Həyat əhəmiyyətli bu problemlə bağlı ekoloji ictimai birliklər, o cümlədən “Mühit”Ekoloji MİB-nin kollektivi Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə son illər meşə yanğınları ilə mübarizə sahəsində bir çox layihələr həyata keçiriblər.

Lakin cəmiyyətin hər bir üzvünün bu məsələdə məsuliyyəti böyükdür. Meşəni qorumaq nəfəsimizi, topağımızı, suyumuzu və gələcəyimizi qorumaqdır!

“Mühit”Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev