"Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqlarını təsdiqləyib. 1 aprel 2027-ci ildən AZIPS üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə, XÖHKS üzrə isə 1,5 dəfə azalacaq. Ani Ödənişlər Sistemində daha aşağı tariflər tətbiq ediləcək".
QHT.az xəbər verir ki, bu fikirləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik bankların ödəniş əməliyyatları üzrə xərclərini azalda bilər. Lakin həmin azalma vətəndaşın kartdan və ya hesabdan köçürmə zamanı ödədiyi komissiyanın avtomatik ucuzlaşması demək deyil.
E.Kərimli bildirib ki, əsas gözlənti xərclərin azalması müştərinin cibində də hiss olunmasıdır. Bunun üçün banklar arasında rəqabət, tariflərin şəffaflığı və daha sərfəli ani ödəniş imkanlarının genişlənməsi vacibdir.
İqtisadçı bildirib ki, rəqəmsal ödənişlərin üstünlüyü sürətlə yanaşı, münasib qiymətlə də ölçülməlidir.












