Populyar turizm ölkələrinin sakinləri belə əsassız turistlərdən çoxdan beziblər.
QHT.az xəbər verir ki, Məşhur Reddit forumunda istifadəçilər turistlərin xarici ölkələrdə tez-tez etdikləri səhvləri paylaşıblar. Norveçdə turistlər marşrut, hava və vaxtı düzgün qiymətləndirmədikləri üçün hazırlıqsız olurlar. Avstriyada isə bəziləri sadə dağ gəzintisi üçün baha avadanlıq alır. Şimal ölkələrinə gedən turistlər yalnız şimal işıqlarını görməyi planlayır, digər fəaliyyətləri nəzərə almırlar. Avropa ölkələrində valyuta fərqləri, Hollandiyada lalə tarlalarına ziyan vermək, Finlandiyada isə meşədə od yandırmaq və çadır qurmaqla bağlı qaydalar turistlər tərəfindən tez-tez pozulur.
İtaliyada restoranlarda xidmət haqqı (coperto) turistlər üçün sürpriz olur, Hollandiyada isə velosiped yollarından səhv istifadə müşahidə edilir. Bundan başqa, turistlər əsas turistik küçələrdə yemək yeyir, halbuki yaxın ərazilərdə daha ucuz və keyfiyyətli seçimlər mövcuddur.
R.İmanov






