Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib ki, təşkilatın Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi “İdeoloji immunitetin gücləndirilməsi və hibrid təhdidlərə qarşı birgə mübarizə” adlı layihə çərçivəsində televiziya verilişi hazırlanaraq efirə verilib.

QHT.az xəbər verir ki, layihə çərçivəsində AXC TV-də yayımlanan ilk verilişin aparıcısı Telman İsa, qonağı jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru və siyasi ekspert Əli Zülfüqaroğlu olub.

Elməddin Behbudun sözlərinə görə, layihənin məqsədi gənclərin ideoloji baxımdan maarifləndirilməsi, onların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılması və hibrid təhdidlərə qarşı ictimai müqavimətin gücləndirilməsidir.

 

 

Pərvanə Fərhadqızı