Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhəri və Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası işləri ilə tanış olub, sakinlərlə görüşüblər.

QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov bildirib ki, Qarabağ və Şərqi Zəngəzur intensiv şəkildə bərpa edilərək iqtisadi potensialı bərpa olunur:

"Artıq 50 mindən çox vətəndaş işğaldan azad olunmuş ərazilərdə yaşayır və çalışır. İlkin hesablamalara görə, bu bölgələr Azərbaycan iqtisadiyyatına 15 milyard manata yaxın əlavə dəyər qazandıra bilər və yaxın gələcəkdə Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək".

 

Pərvanə Fərhadqızı