Bu gün “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Brüsseldə “Evə qayıdış və Regional sülh” adlı beynəlxalq konfrans keçirir.

QHT.az xəbər verir ki, bu barədə məlumatı “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bildirib. Onun sözlərinə görə, konfransda Qərbi Azərbaycanlıların ata yurdlarına dönüşü, məcburi miqrasiyanın nəticələri və regionda sülh mövzuları müzakirə olunacaq:

"Tədbirdə Azərbaycan, Ukrayna, Gürcüstan və digər ölkələrin nümayəndələri, beynəlxalq təşkilatlar, media və BMT Qadın Proqramı ilə NATO-nun Brüssel nümayəndələri iştirak edəcək".

 

Pərvanə Fərhadqızı