Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi (ƏSMİD) Təhsil Nazirliyinin əməkdaşlığı ilə Sumqayıt şəhər ümumtəhsil və ali təhsil müəssələrində “Sağlam düşüncə,Sağlam Cəmiyyətdir” sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimləri davam edir.

 

QHT.az xəbər verir ki, növbəti təlim Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olundu. ƏSMİD İctimai Birliyinin sədri Səbinə Kərimova iştirakçıları salamlayaraq, təşkilatın yaranması və məqsədləri barədə geniş məlumat verib. Təlimlər Sumqayıt şəhər ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində bir ay davam edəcək.Məqsəd ümumtəhsil məktəbləri və ali təhsil müəssələrində təhsil alan yeniyetmə və gəncləri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq və sağlamlıq imkanları məhdud olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdir.Bu maarifləndirmə sayəsində biz bir növ əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını surətləndirir və yeniyetmə, gənclər arasında könüllülər yetişdirmiş oluruq deyə vurğulayıb.

 

Sonra məktəbin on və on birinci sinif şagirdlərinə təşkilatın nəzdində "Gənc Əlillərə Dəstək"mərkəzinin rəhbəri,Bakı-Slavyan Universitetinin məzunu Səfanə Dadaşzadə Əlilliyi olan şəxslərlə davranış qaydaları mövzusunda təlim keçdi. Təlim müzakirələrlə sona çatdı.