Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün müsabiqə elan edir.

 

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.

 

Xalq tətbiqi-dekorativ və təsviri sənətin inkişafına dair layihələrin hazırlanması.

Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə bağlı layihələrin hazırlanması.

Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrin həyata keçirilməsi.

            “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Ünvan:

 

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.

 

Tel: (012) 498-79-53

 

(012) 498-20-62

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

 

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Əlaqələndirici şəxslər:

 

Türkan Cəfərova

 

Rəvanə Abdullayeva

 

Email: [email protected]

 

Tel: (012) 498-79-53

 

       (012) 498-20-62

 

 

 

 

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz:

 

Müşaiyət məktubu

Tədbirin yazılış forması

Büdcənin tərtibinə dair təlimat

Tədbir haqqında qısa məlumat

Anket forması

Təbdir mövzuları

Digər şərtlər

Əlavə anket