Dünya Bankı faydalı qazıntıların tədarük zəncirini gücləndirmək məqsədilə kiçikmiqyaslı mədənçilik fəaliyyətinə dəstək verməyi və istismar müddəti başa çatan mədənlərin məsuliyyətli şəkildə bağlanmasını təşviq etməyi planlaşdırır.

QHT.az xarici mediaya istinadən bildirir ki, Dünya Bankı bu sahəyə nəzarət edən dövlət qurumlarının institusional imkanlarını gücləndirəcək. Bankın baş mədənçilik mütəxəssisi Reyçel Perksin sözlərinə görə, düzgün hüquqi və institusional mexanizmlər yaradılarsa, kiçikmiqyaslı mədənçilik daha təhlükəsiz və rəsmi iş yerlərinin formalaşmasına şərait yarada bilər.

Qeyd olunur ki, kustar və kiçikmiqyaslı mədənçilik bir çox insan üçün əsas gəlir mənbəyidir. Lakin bu fəaliyyət ciddi təhlükələr də yaradır. Dünya Bankının təşəbbüsü qadınların, gənclərin və sosial baxımdan həssas qrupların bu sahəyə daha geniş cəlb olunmasını, əmək şəraitinin yaxşılaşdırılmasını və təhlükəsizliyin artırılmasını hədəfləyir.