Xəbərlər Blokuna ötən həftə ərzində QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.

 

Xəbərlər Blokunun bu dəfə ki buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:

 

• QHT Şurasının dəstəyi ilə valideynlərini itirmiş uşaqlar Milli Parkda maraqlı gün keçirib.

• Azərbaycan Dövlət Himninin işarət dilində təqdimatı keçirilib.

• Vərəm əleyhinə QHT Koalisiyasının növbəti tədbiri keçirilib.

 

Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.