“2023-ci ilin 6 ayı ərzində 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 146 müraciət daxil olub. Müraciətlərin 134-ü psixoloji, 83-ü fiziki zorakılıqla bağlı olub”.
QHT.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyilib. Komitədən bildirilib ki, şikayət edənlərin 77 nəfəri partnyoru tərəfindən zorakılığa məruz qalıb: “Cari ilin ilk 6 ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 247 müraciət daxil olub, 40 mühafizə orderi verilib. Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edilib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub”.
Həmçinin qeyd olunub ki, cari ilin ilk 6 ayı ərzində Resurs Mərkəzlərinin fəaliyyətindən 4970 nəfər bəhrələnib.
Pərvanə Fərhadqızı












