Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası tərəfindən icra edilən Şəbəkə proqramının qalibləri təltif olunub.

Bu barədə QHT.az-a açıqlama verən Birliyin sədri Ramin Mahmudov bildirib. O, qeyd edib ki, “YURD” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi olaraq Quba rayonunun Zərdabi qəsəbəsi və Kupcal kəndlərində icra etdiyimiz "Quba gənclərinin liderlik proqramı" layihəsi uğurlu layihələrdən biri kimi plaket ilə təltif olunub. Dəyər verənlərə təşəkkür edirik”.

Qeyd edək ki, Birlik 2011-ci ilin noyabrında Qubada "YURD" Gənclərin Vətənpərvərlik Klubu kimi təşəbbüs qrupu olaraq fəaliyyətə başlayıb. Əsas məqsədi gənclərin intellektual bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılması, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsidir. Nəzdində "Xəmsə", "NHN", "Fərdi oyun", "Breyin-rinq", "Debat, "Mafiya", "Kinoklub", "Kitabklub", "Bloqçular klubu" kimi maraq klubları fəaliyyət göstərir.

 

Pərvanə Fərhadqızı