Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi “Quba-Xaçmaz iqtisadi rayonunda tənha qadınlara özünüməşğulluq fəaliyyətinin təşviqi” layihəsinin icrası davam edir.
QHT.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq işlər davam edir. Aidiyyəti qurumlarla əməkdaşlıq edilir, müvafiq əmək müqavilələri bağlanılır. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1iyul 2023-cü il tarixdən başlayıb. Layihə Xaçmaz, Qusar, Quba rayonlarını əhatə etməklə, 3 ay müddətində icra ediləcək.
Qeyd edək ki, layihənin məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda 48 nəfər tənha qadınların özünüməşğulluq fəaliyyətlərinin təşviq etmək və layiqli məşğulluqlarının təmin edilməsi istiqamətində maarifləndirməkdir.
Pərvanə Fərhadqızı












