“Təmas” Regional İnkişaf İctimai birliyinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın) fəaliyyətinin  dəsətəkləməsi və zorakılıqdan zərərçəkmiş qadınlar üçün təlimlərin təşkili” layihəsi başlanıb.

QHT.az xəbər verir ki, layihənin icra planına uyğun olaraq işlər davam edir. Əməkdaşlıq üzrə qurumlarla müvafiq əmək müqavilələri bağlanılıb. Layihənin məqsədi Azərbaycanın qərb bölgəsində insan alveri qurbanları və potensial qurbanlara mütəmadi yardımların təmin olunmasıdır. Həmçinin “İnsan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin” fəaliyyətinin dəstəklənməsi və “Şəxsi inkişaf” təliminin təşkili əsas məqsədlərdəndir.

Təşkilatın rəhbəri Südabə Məmmədova qeyd edib ki, layihə 3 aylıq bir dövrü əhatə edəcək. Layihə çərçivəsində insan alveri qurbanları və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya, reabilitasiya mərkəzinin davamlı fəaliyyətinin təşkili, sakinlərin gündə 3 dəfə yeməklə, həmçinin təmizlik və gigiyenik vasitələrlə  təmin olunması, ilkin ehtiyacların ödənilməsi və zorakılıqdan zərərçəkmiş 15 qadın üçün “Şəxsi inkişaf” təliminin təşkili kimi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.

 

Pərvanə Fərhadqızı