ABŞ-nin İllinoys ştatından olan konqresmen Conatan Cekson ölkəsinin Afrika qitəsində nüfuzunun zəiflədiyini bildirib. Onun sözlərinə görə, beynəlxalq yardımın azaldılması və diplomatik nümayəndəliklərdə boş qalan səfir vəzifələri ABŞ-nin Afrika ölkələri ilə münasibətlərinə mənfi təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Conatan Cekson bu fikirləri Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 İqlim Konfransında səsləndirib. O, ABŞ-nin Afrika ölkələri ilə əməkdaşlıq imkanlarının azaldığını və ölkəsinin yumşaq diplomatiya vasitəsilə təsir imkanlarını itirdiyini vurğulayıb.

Amerika Xarici Xidmət Assosiasiyasının məlumatına görə, hazırda Afrika ölkələrinin təxminən yarısında ABŞ səfiri yoxdur. Ümumilikdə, 27 Afrika ölkəsində və Afrika İttifaqında ABŞ-nin ali diplomatik nümayəndəsi fəaliyyət göstərmir. Bu ölkələr arasında Konqo Demokratik Respublikası, Sudan və Nigeriya da var.