ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvindən sonra əvvəllər bu qurumda işləmək istəyən mütəxəssislər hazırlayan universitetlər yeni şəraitə uyğunlaşmağa çalışır. Dəyişən əmək bazarı universitetlərin tədris proqramlarına və tələbələrin gələcək karyera seçimlərinə də təsir göstərir.

QHT.az xarici mediaya istinadən bildirir ki, Donald Tramp administrasiyası ötən ilin əvvəlində USAID-i ləğv etməyə başladıqdan sonra beynəlxalq inkişaf sahəsində kadr hazırlayan universitetlər qarşısında yeni suallar yaranıb. Corctaun Universitetinin Uolş Xarici Xidmət Məktəbinin karyera məsləhətçisi Kolin Stil bildirib ki, əvvəllər beynəlxalq yardım sahəsinə mütəxəssis hazırlayan proqramların indiki şəraitdə hansı məqsədə xidmət edəcəyi və maliyyə dəstəyini necə cəlb edəcəyi müzakirə mövzusudur.

Materialda həmçinin beynəlxalq inkişaf sahəsində təcrübəli mütəxəssislərin dəyişən əmək bazarında özlərinə uyğun yer tapmaqda çətinlik çəkməsindən bəhs olunur. Devex, eləcə də DT Global, World Resources Institute, Norveç Qaçqınlar Şurası və ICF kimi təşkilatların vakansiyalarını təqdim edir.