İqlim dəyişikliklərinin təsirlərinin güclənməsi fonunda Adaptasiya Fonduna müraciətlər artıb. Fondun maliyyələşdirilməsi üçün təklif olunan layihələrin ümumi dəyəri son bir ildə üç dəfə artaraq 2,4 milyard dollara yüksəlib.
QHT.az xarici mediaya istinadən bildirir ki, Adaptasiya Fondunun rəhbəri Mikko Ollikainen bu artımın iqlim dəyişikliklərinin yaratdığı problemlər qarşısında dəstəyə ehtiyacın artdığını göstərdiyini bildirib. Onun sözlərinə görə, maliyyə dəstəyinə tələbat yüksəkdir və fond bu istiqamətdə fəaliyyətini davam etdirir.
Fond 2029-cu ilədək 1,2 milyard dollar vəsait toplamağı hədəfləyir. Bu maliyyə vəsaiti xüsusilə iqlim təsirləri və borc yükü ilə üzləşən aşağı və orta gəlirli ölkələrin uyğunlaşma tədbirlərinə dəstək göstərilməsi baxımından əhəmiyyət daşıyır.










