“İqtisadi inkişaf və sosial tədqiqatlar mərkəzi” İctimai Birliyi fəaliyyətində daha geniş əməkdaşlıq imkanlarının yaradılması və vətəndaş cəmiyyətinin inkişafına töhfə vermək məqsədilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumuna  üzv qəbul olunub.

QHT.az xəbər verir ki, təşkilatın rəhbəri İlkin Əhmədov bu münasibətlə bildirib:

"Bu üzvlük bizə digər QHT-lərlə təcrübə mübadiləsi aparmaq, birgə layihələr həyata keçirmək, sosial-iqtisadi sahədə təşəbbüsləri dəstəkləmək və cəmiyyətə daha səmərəli xidmət göstərmək imkanı verəcəkdir. Forum çərçivəsində əməkdaşlıq imkanlarının genişlənməsi bizim üçün mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu birlik vasitəsilə ölkəmizin sosial və iqtisadi inkişafına, eləcə də vətəndaş cəmiyyətinin güclənməsinə öz töhfəmizi verəcəyik."