İmişli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Əliyev İmanverdi Barat oğlunun xatirəsi ehtiramla anılıb.
QHT.az xəbər verir ki, bu barədə “Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyin Sədri Vidadi Quliyev məlumat verib. Onun sözlərinə görə, Qəhrəmanımızın ailə üzvləri, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri və rayon sakinləri İmişli Şəhidlər xiyabanında yerləşən abidəsini ziyarət ediblər. Ziyarətdə qeyd olunub ki, İmanverdi Əliyevlə yalnız ailəsi yox, bütün Azərbaycan xalqı qürur duyur və onun xatirəsini böyük ehtiramla yad edir:
"Bu anım günündə "Muğan Düzü" Sosial İnkişaf İctimai Birliyi və üzvüləri qəhrəmanımızın ruhunu ehtiramla yad ebdərək bildirir ki İmanverdi Əliyevin göstərdiyi igidlik və Vətənə bağlılıq hər zaman nəsillərə örnək olacaq. İctimai Birliyin rəhbəri olaraq, şəxsən mən də qəhrəmanımızın xatirəsini ehtiramla yad edir, ailə üzvlərinə, xüsusilə də qardaşları– QHT rəhbəri Novruz Əliyev, İcra Nümayəndəsi Əbülfət Əliyev-ə dərin hörmət və başsağlığı duyğularımı çatdırıram. Qəhrəmanımızın ailəsi bizim üçün əzizdir və onun xatirəsini yaşatmaq hər birimizin borcudur".
Xatırladaq ki, Əliyev İmanverdi Barat oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Onun adının əbədiləşdirilməsi məqsədilə İmişli şəhərindəki küçələrdən biri, həmçinin rayonun Qulubəyli kənd tam orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Allah Şəhidlərmizə rəhmət eləsin!
Ruhları şad olsun!






