“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşəbbüsü ilə autizmli uşaqların Quba şəhərində yerləşən “Şah Əsəri” restoranına mənalı ziyarəti təşkil edilib. Aksiyanın təşkilatçısı Dinara xanımın dəstəyi ilə baş tutan görüşdə uşaqlar böyük qayğı, diqqət və təmassız şəkildə qarşılanıblar.

QHT.az xəbər verir ki, ziyarət zamanı autizmli uşaqların sosial mühitdə özlərini rahat hiss etmələri, yeni təcrübələr qazanmaları üçün xüsusi şərait yaradılıb. Onların üzündəki təbəssüm, bu təşəbbüsün nə qədər dəyərli olduğunu bir daha göstərib.

Tədbirdə şəhid Müqdatın və şəhid Eynullanın ailələrinin iştirakı da günü daha mənalı edib. “Vətən Naminə” İB-nin sədri Tünzalə Abduləlimova bildirib ki, şəhid ailələri ilə mütəmadi görüşlər həm birlik hissini gücləndirir, həm də onların ehtiyac və duyğularına həssas yanaşmanı ön plana çəkir:

Bu nəcib təşəbbüsə görə Dinara xanıma dərin minnətdarlığımızı bildiririk. Onun qayğıkeşliyi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və şəhid ailələrinə göstərdiyi diqqət cəmiyyətimiz üçün böyük örnəkdir. Qubanın “Şah Əsəri” restoranının kollektivinə isə səmimi və təmassız qəbula görə təşəkkür edirik. Uşaqların üzündəki təbəssüm, şəhid ailələrinin dəyərləndirilməsi və birlik hissi bu günü daha da mənalı etdi".