“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Şah Əsəri restoranına sosial həssas qruplara göstərdiyi qayğıya görə təşəkkür edib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, restoran rəhbərliyi 25 nəfər autizmli uşağı heç bir təmənna olmadan xüsusi diqqət və sevgi ilə qəbul edib, yüksək səviyyəli xidmət göstərib. Bu addım həm humanist dəyərlərin, həm də sosial məsuliyyətin nümunəsi kimi qiymətləndirilib.
Tünzalə Abduləlimova həmçinin restoranın şəhid ailələrinə və qazilərə göstərdiyi hörmət və dəstəyi yüksək qiymətləndirib:
“Sizin kimi xeyirxah insanların sayəsində cəmiyyətimiz daha nurlu olur. Bütün kollektivə təşəkkür edirik və uğurlar arzulayırıq.”






