"Prezident İlham Əliyevin yeni təyinatlarla bağlı çıxışı dövlət idarəçiliyində məsuliyyətin sərtləşdiyini göstərir. O vurğuladı ki, vəzifə etimad deyil, gündəlik fəaliyyətlə sübut olunmalı olan məsuliyyətdir və məmur xalqa təvazökar şəkildə xidmət etməlidir".

QHT.az xəbər verir ki, bu sözləri Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, Prezident bildirib ki, korrupsiya və qanunsuzluğa yol verən hər bir rəhbər istisnasız olaraq məsuliyyətə cəlb ediləcək:

"Kadr siyasətində yeni meyar kimi peşəkarlıq, nüfuz və mənəvi bütövlük ön plana çıxır. Formal hesabatların dövrü bitir, real nəticə və vətəndaşın rifahına təsir edən iş əsas qiymətləndirmə meyarına çevrilir. Bu xəbərdarlıq göstərir ki, etimadı doğrultmayan məmurun vəzifədə qalmaq haqqı yoxdur".