Azərbaycan–Özbəkistan əməkdaşlığında yüksəliş dövrü

 

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə bir daha göstərdi ki, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq ən yüksək səviyyədə inkişaf edir. Dövlətimizin başçısının çıxışında vurğulanan məsələlər regionumuzun gələcək inkişaf xəttini müəyyən edən strateji istiqamətləri ehtiva edir və Azərbaycan-Özbəkistan münasibətlərinin nümunəvi xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Xüsusilə Azərbaycan-Özbəkistan münasibətləri dövlət başçılarının şəxsi dostluğuna, qarşılıqlı etimada və vahid tarixi-mədəni köklərə söykənir. Möhtərəm Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. İmzalanan müttəfiqlik müqavilələri, yol xəritələri, çoxsaylı sazişlər dövlətlərimiz arasında münasibətləri strateji müttəfiqlik səviyyəsinə yüksəldib.
Prezident İlham Əliyevin müsahibəsində söylədiyi kimi, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir və Türk dünyasının həmrəyliyinin möhkəmlənməsinə mühüm töhfə verir. 2027-ci ilin U-20 Dünya Çempionatının Azərbaycan və Özbəkistan tərəfindən birgə keçirilməsi isə bu strateji tərəfdaşlığın idman sahəsində də mühüm nəticələr verdiyini sübut edir.

 

Abid Məmmədov,
Masallı rayonu, Kolatan kənd sakinı