Azərbaycan QHT nümayəndələrinin Türkiyəyə səfəri yerli mətbuatda geniş işıqlandırılıb.

QHT.az xəbər verir ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İB -in ekspert heyəti “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində Ankarada yerli QHT-lərlə müzakirələr aparıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

“24 Saat” xəbər portalında yayımlanan məqalədə qeyd olunur ki, Türkiyə Kadın Dernekleri Federasyonu (TKDF) sədri Canan Güllü, Azərbaycandan gələn vətəndaş cəmiyyəti təmsilçiləri ilə birlikdə Gazeteciler Cemiyetini ziyarət edib.