Trampın Ukrayna müharibəsi ilə bağlı sülh planı zəifləyir.

QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı müharibədə tezliklə sülh əldə edəcəyini iddia etsə də, Kiyevin Rusiyaya qarşı əlavə hücumlar etmədən qalib gəlməyəcəyini bildirib. Bu Trampın sammit və sülh razılaşması ilə bağlı ümidlərinin azaldığını göstərir.

Putin və Zelenskinin görüşü baş tutmayıb, Qərb sülhməramlılarının Ukraynaya göndərilməsi ideyası isə Kreml tərəfindən rədd edilib. Analitiklər Trampın diplomatiyada şəxsi münasibətlərə söykənən improvizəçi üslubunun Putinin metodik yanaşması ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar.

Keçmiş ABŞ rəsmiləri qeyd edirlər ki, Tramp münaqişəni tez bitirmək istəsə də, Putin uzunmüddətli oyun oynayır. ABŞ-ın keçmiş səfiri Aleksandr Verşbou Trampın strategiyasının zəif tərəfinin Rusiyaya real təzyiq mexanizmlərinin olmaması olduğunu bildirib.

 

R.İmanov