“Qadın və Müasir Dünya” Sosial Xeyriyyə Mərkəzinin sədri Südabə Şirəliyeva QHT.az-a bildirib ki, Qadınların Statusu üzrə Komissiyanın (CSW) 70-ci iclası 2026-cı il martın 9-dan 20-dək Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında keçiriləcək.
Onun sözlərinə görə, bu mötəbər beynəlxalq tədbirin prioritet mövzusu “Bütün qadın və qızların ədalətə əlçatanlığının təmin edilməsi və gücləndirilməsi” olacaq.
Südabə Şirəliyeva qeyd edib ki, qadın və qızların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması və onların ədalətə çıxış imkanlarının artırılması həm qlobal, həm də milli səviyyədə mühüm əhəmiyyət kəsb edir.
Pərvanə Fərhadqızı






