Savills World Cities Prime Residential Index-in yeni hesabatına görə, Dubay 2024-cü ilin ilk aylarında dəbdəbəli yaşayış məkanlarının qiymət artımında 5%-lik göstərici ilə Tokio (+8,8%) və Berlindən sonra dünyada üçüncü yeri tutub.

QHT.az xəbər verir ki, mütəxəssislər artımı məhdud təklif, miqrant axını, əlverişli investisiya siyasəti və genişlənən infrastrukturla əlaqələndirirlər. Dubay Torpaq Departamentinin məlumatına əsasən, 2025-ci ilin birinci rübündə daşınmaz əmlak əməliyyatlarının həcmi 431 milyard dirhəmə çatıb, investorların sayı isə 59 min nəfəri ötüb.

Savills proqnozlaşdırır ki, 2024-cü ildə Dubay bazarında artım 4–5,9% təşkil edəcək. Bu, dünyanın 30 aparıcı şəhərində orta göstərici olan 1,5%-dən dəfələrlə yüksəkdir. İqtisadi qeyri-müəyyənliklərə baxmayaraq, ekspertlər elit daşınmaz əmlak bazarlarında müsbət dinamikanın ilin ikinci yarısında da davam edəcəyini gözləyirlər.

 

R.İmanov