Kompleksin diametri 1600 metrə çata bilər ki, bu da bu tip standart obyektlərin ölçüsünü xeyli üstələyir.

QHT.az xəbər verir ki, peyk görüntüləri Rusiyanın Kalininqrad vilayətində, NATO sərhədindən 25 km aralıda irimiqyaslı tikinti layihəsini üzə çıxarıb. Bild-in məlumatına görə, Çernyaxovsk yaxınlığında halqa antena kompleksi inşa edilir. Tikinti 2023-cü ilin martında başlayıb: ərazi təmizlənib, yollar çəkilib, dirəklər üçün qazıntılar aparılıb. Mütəxəssislər bunu 1600 metr diametrli radiotexniki kəşfiyyat və rabitə sistemi hesab edirlər ki, bu da mövcud oxşar obyektlərdən qat-qat böyükdür.

Kompleks NATO-nun Şərqi Avropa və Baltikdəki rabitəsinə müdaxilə edə, həmçinin rus sualtı qayıqları ilə əlaqəni gücləndirə bilər. Mütəxəssislər bunu Rusiyanın son onilliklərdə ən iri radio kəşfiyyat layihələrindən biri adlandırırlar.

 

R.İmanov