ABŞ prezidenti Donald Tramp vəzifəyə başladığı yanvardan bəri 100 milyon dollardan çox istiqraz alıb.
QHT.az xəbər verir ki, avqustun 12-də açıqlanan maliyyə sənədlərinə görə, Trampın portfelinə Citigroup, Morgan Stanley, Wells Fargo, Meta, Qualcomm və digər iri şirkətlərin, həmçinin hökumət və bələdiyyələrin buraxdığı istiqrazlar daxildir.
Ekspertlər bildirirlər ki, bu aktivlər administrasiyasının siyasətindən faydalana bilər. Tramp bizneslərinin idarəsini övladlarına versə də, gəlirin hələ də şəxsən ona çatması maraqlar toqquşması ilə bağlı suallar yaradıb.
R.İmanov






