Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir və Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub.
QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, Dövlət başçısı qeyd edib ki, türk dövlətləri arasındakı strateji əməkdaşlıq və inteqrasiyanın dərinləşməsi həm iqtisadi, həm də siyasi sahədə özünü göstərir:
"2024-cü ildə türk dövlətlərinin iqtisadiyyatı 5,4 faiz artaraq qlobal orta göstəricini (3,2 faiz) üstələyib. Onların ümumi ÜDM-i 2,11 trilyon dollar, ticarət dövriyyəsi isə 1,17 trilyon dollar təşkil edib ki bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, türk dövlətlərinin artan iqtisadi və siyasi gücü qlobal proseslərdə rolunu gücləndirir, Azərbaycanın çoxvektorlu siyasəti isə ölkəmizin həm regionda, həm də beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirir".
Pərvanə Fərhadqızı






