"Prezidentin sərəncamına əsasən televiziya kanallarında informasiya xarakterli proqramlar da işarət dilinə tərcümə olunur. Bununla yanaşı, “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyi mütəmadi olaraq nitq və eşitmə qabiliyyəti məhdud uşaqlarla inklüziv “Oxu saat”ları təşkil edir. Bu tədbirlərdə eşitmə və nitqində problem olmayan uşaqlar da iştirak edir ki, bu da inklüzivliyin güclənməsinə xidmət edir".

Bu sözləri "Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Şamil Sabirzadə QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bununla yanaşı, ictimai birlik nitq və eşitmə məhdudiyyətli gəncləri Azərbaycanın müxtəlif bölgələrinə təşkil olunan düşərgələrə cəlb edir:

"Həmin düşərgələrdə psixoloji dəstək, sağlamlıq mövzularında maarifləndirmə və müxtəlif təlimlər keçirilir. Nitq və eşitmə qabiliyyəti məhdud şəxslər üçün işarət dilinə tərcümənin tətbiq olunduğu hər bir layihə onların maariflənməsinə və cəmiyyətə inteqrasiyasına böyük töhfə verir".

 

 

Pərvanə Fərhadqızı